Gəncə şəhəri Əlişir Nəvai küçəsini yağışdan sonra palçıq örtüb.
Gencexeber.az-a bu barədə küçə sakini məlumat verib.
Şikayətçi bildirib ki, bir müddət əvvəl küçədə aparılan bəzi təmir işləri zamanı yol verilən məsuliyyətsizlik problemlər yaradıb. Belə ki, yağış yağandan sonra küçə palçıq içində qalır. Sakinlər palçıq ucbatından küçədə hərəkət edə bilmirlər. Məktəblilər də hər gün o palçıqlı yoldan istifadə edərək yaxınlıqdakı məktəbə getmək məcburiyyətindədirlər.
“Bir neçə dəfə aidiyyəti qurumlara müraciət etsək də, məsələyə baxılmır. Heç olmasa özləri yaratdığı problemi aradan qaldırsınlar. Xahiş edirik ki, bu küçəyə bir əncam çəkilsin”, - deyə şikayətçi qeyd edib.