Gəncədə 24 yaşlı oğlan özünü asıb.
Gencexeber.az bildirir ki, hadisə MİDA Sosial binaların birində baş verib.
Ü.Əliyev 2-3-cü mərtəbələr arasında yorğan üzü ilə özünü asaraq intihar edib.
Onun cansız bədəni binanın dəhlizindən ailə üzvləri tərəfindən asılmış vəziyyətdə aşkarlanıb.
Meyit müayinə olunması üçün ekspertizaya göndərilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.