top
TƏBİB və Baş Prokurorluqdan Qazaxda zəhərlənən tələbələrin son vəziyyətilə bağlı AÇIQLAMA - YENİLƏNİB
11 oktyabr 2024, 11:21
- ↺ +

TƏBİB və Baş Prokurorluqdan Qazaxda zəhərlənən tələbələrin son vəziyyətilə bağlı AÇIQLAMA - YENİLƏNİB

 

Dönərdən zəhərlənən iki tələbənin müalicəsi davam etdirilir.

Bu sözləri Gencexeber.az-a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, 10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili Tibbi Yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gencexeber.az-a verilən məlumata görə, oktyabrın 10-u saat 19 radələrində Qazax şəhəri ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının yeməkxanasında 18 nəfər tələbənin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır:

“Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanadakı qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənmə nəticəsində xəstəxanaya müraciət etmiş 18 tələbə ambulator nəzarətə götürülməklə evlərinə buraxılıb”.

Nəzrin Vahid

10:37

Bir qrup tələbə yeməkdən zəhərlənib.

Qafqazinfo-nun verdiyi məlumata əsasən, hadisə dünən saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində qeydə alınıb. Burada dönər yeyən 18 tələbəyə zəhərlənmə diaqnozu qoyulub. Həmin tələbələrə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Onlardan 12-si Gəncəbasar bölgəsindəndirlər. Həmin tələbələrin siyahısı aşağıdakı kimidir:


  • Gəncə şəhər sakini 17 yaşlı F. Süleymanova;

  • Daşkəsən rayon sakini 19 yaşlı C. İsrafilov;

  • Goranboy rayon sakinləri 20 yaşlı O. Cəfərov və 19 yaşlı A. İsgəndərova;

  • Şəmkir rayon sakini 20 yaşlı N. Əmirova;

  • Gədəbəy rayon sakini 19 yaşlı G. Bağırova;

  • Tovuz rayon sakinləri 17 yaşlı F. Rzayeva və 23 yaşlı İ. Niyazova;

  • Yevlax rayon sakini 19 yaşlı F. Nəsibova;

  • Ağstafa rayon sakinləri 24 yaşlı Ş. Məmmədova və 19 yaşlı N. Hacıyev;

  • Mingəçevir şəhər sakini 17 yaşlı S. Əliyeva.


Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə islanmaq üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Oxşar xəbərlər