Gəncədə yeni marşrut xətti açılıb. Bu haqda 29 oktyabr tarixində izləyicimiz məlumat verib.
Bir müddət öncə, fəaliyyətə başlayan 10 nömrəli marşrut xəttinin avtobusları Sevinc (Məhsəti) qəsəbəsindən yola düşür.
Avtobuslar Sevinc qəsəbəsi – Sadıllı qəsəbəsi – Kolxoz bazarı – Xətai prospekti – Sevinc qəsəbəsi marşrutu ilə hərəkət edirlər.
Daha öncə, Sadıllı qəsəbəsinin ictimai nəqliyyatla bağlı olan problemini işıqlandırmışdıq.