24.7 C
Gence
24.7 C
Gence

Gəncədə ictimai nəqliyyat problemi

Gəncədə sakinlər şəhərin bəzi hissələrində ictimai nəqliyyatın zəif işləməsindən narazıdırlar. Bu haqda izləyicilərimiz məlumat verib.

Sakinlərin sözlərinə görə, avtobusların hərəkətində gecikmələr olur. Ən çox müraciətlər Sadıllı qəsəbəsindən hərəkət edən marşrutundandır.

“Sadıllı qəsəbəsində 26 nömrəli marşrut işləyir, o da səhər, birdə axşam. Camaat nə qədər yolu piyada gedib gəlir. Qəsəbəyə mütləq marşrut lazımdır. Özüdə ki, kənd avtobusu yox, yeni avtobus” – deyə sakinlərdən biri söyləyib.

İzləyicimizin göndərdiyi şəkildən də göründüyü kimi, avtobusların oturacaqları qırıqdır, dəri örtüyü cırılıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan