top
Şəhərimizdə fəaliyyət göstərən ev-muzeyləri tanıyaq
18 oktyabr 2023, 16:00
- +

Şəhərimizdə fəaliyyət göstərən ev-muzeyləri tanıyaq

Gəncədə bir sıra görkəmli şəxslərin ev-muzeyləri yaradılıb. Bu haqda Gencexeber.az məlumat toplayaraq, oxucuları üçün təqdim edir.

Nizami yurdunda bir sıra şəxslərin yaşadıqları evlər hazırda muzey olaraq fəaliyyət göstərir. Onların siyahısı və ünvanları aşağıdakı kimidir:


  • Nizami Gəncəvinin ev-muzeyi (İsmət Qayıbov küçəsi, 3);

  • İsrafil Məmmədovun ev-muzeyi (Mirzə Abbas Abbaszadə küçəsi, 42);

  • Mir Cəlal Paşayevin ev-muzeyi (Mir Cəlal Paşayev küçəsi, 261C);

  • Mirzə Şəfi Vazehin ev-muzeyi (Mirzə Şəfi Vazeh prospekti);

  • Nuru Paşanın ev-muzeyi (Nağı bəy Şeyxzamanlı küçəsi);

  • Nəsib bəy Yusifbəylinin ev-muzeyi (Nəsib bəy Yusifbəyli küçəsi).


Nizami Gəncəvinin ev-muzeyi 1982-ci ildə "Nizami" bədii filminin çəkilişi zamanı tikilib. Məqsəd Azərbaycanın XII əsrə aid milli və məişət ənənələrinin müasir dövrdə təcəssüm etdirilməsindən və canlandırılmasından ibarət olub.

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev-muzeyi 1985-ci ildən fəaliyyət göstərir. Muzey 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.

Yazıçı - alim Mir Cəlal Paşayevin ev-muzeyi Əməkdar Elm xadiminin 100 illik yubileyi ərəfəsində ədibin xatirəsinə yaradılıb. Muzeyin rəsmi açılışı 29 sentyabr 2007-ci ildə baş tutub.

Mirzə Şəfi Vazehin ev-muzeyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. Tikili 10 noyabr 2017-ci ildən fəaliyyət göstərir.

Nuru Paşanın ev-muzeyi generalın Gəncəyə səfəri zamanı qaldığı Cümhuriyyət qurucularından olan Nağı bəy Şeyxzamanlının evində yaradılıb. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən yenidən qurulub.

Nəsib bəy Yusifbəylinin ev-muzeyi onun qohumları tərəfindən yaradılıb. Ev 1877-ci ildə Nəsib bəyin atası Yusif bəy Yusifbəyli tərəfindən tikdirilib.

[modula id="48197"]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:00

Kənd sakinləri pullarını ən çox nəyə xərcləyir?

Bütün xəbərlər
Dünən, 17:00

Arvadını məscidin qarşısında amansızlıqla öldürdü - DETALLAR

Bütün xəbərlər
Dünən, 16:22

SSR-i dövründə Gəncədə sökülən Səfərabad məscidi

Bütün xəbərlər
Dünən, 15:00

Bu universitet 1 milyonluq avadanlıq alır

Bütün xəbərlər
08 avqust 2026, 16:58

"III Moruq Festivalı" keçiriləcək

Bütün xəbərlər
08 avqust 2026, 15:59

Bazar günü Gəncədə 40 dərəcə isti olacaq

Bütün xəbərlər
08 avqust 2026, 14:11

Gəncədə oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik HƏBS EDİLDİ

Bütün xəbərlər
08 avqust 2026, 11:06

Mingəçevirdə rekord sayda iştirakçı Kür çayını keçəcək

Bütün xəbərlər
08 avqust 2026, 10:48

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün xəbərlər
08 avqust 2026, 10:12

Təpiklənən qadın hakim qarşısında sevgilisini bağışladı

Bütün xəbərlər
08 avqust 2026, 09:31

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 18:00

3 məktəb bağlandı: Şagird və müəllimlərin aqibəti necə olacaq?

Bütün xəbərlər
07 avqust 2026, 17:21

Rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq

Bütün xəbərlər
07 avqust 2026, 16:05

İsrail səfiri Gəncəyə səfər edib

Bütün xəbərlər
07 avqust 2026, 15:14

Güllələnən bibi və qardaşı oğlunun FOTOSU - YENİLƏNİB

Bütün xəbərlər
07 avqust 2026, 15:06

Bu şəxslər ad və soyadını dəyişə bilməz - RƏSMİ

Bütün xəbərlər
07 avqust 2026, 14:38

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
07 avqust 2026, 13:35

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Bütün xəbərlər
07 avqust 2026, 13:03

DOS-84 ərazisindəki ağır sanitar vəziyyət aradan qaldırıldı

Bütün xəbərlər
07 avqust 2026, 12:26

Hər bir Gəncə sakini ildə 120 kilo tərəvəz yeyir

Bütün xəbərlər
07 avqust 2026, 11:25

"Toppuş bacı"nın atası vəfat edib

Bütün xəbərlər
07 avqust 2026, 10:06

149 gün sonra nəşi tapılan şəhidimizin doğum günüdür

Bütün xəbərlər
07 avqust 2026, 09:07

Gəncədə bu məktəbin şagirdləri köçəri həyatı yaşayırlar

Bütün xəbərlər
06 avqust 2026, 20:54

Azərbaycanda əhalinin neçə faizi ali təhsillidir? - AÇIQLANDI

Oxşar xəbərlər