top
Valideynlər məktəbi hansı meyarlara əsasən seçməlidir? – Ekspertdən AÇIQLAMA
29 aprel 2025, 14:51
- +

Valideynlər məktəbi hansı meyarlara əsasən seçməlidir? – Ekspertdən AÇIQLAMA

 

Mayın 1-i saat 11:00-dan etibarən yeni tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılır.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.

Qəbul prosesində maraqlı məqam odur ki, bəzi valideynlər reytinqli məktəblərə üz tuturlar. Bildirirlər ki, yaxşı məktəb seçilməlidir ki, sonradan dəyişmək məcburiyyətində qalmasınlar. Çünki uşaqların adaptasiya prosesində problemlər olur.

Bəs, görəsən, keyfiyyətli təhsil üçün valideynlər məktəbi hansı meyarlara əsasən seçməlidir?

Mövzu ilə bağlı bakuplus.аz-a açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, son illərdə, xüsusən Bakıda, məktəb seçimi artıq təkcə coğrafi yaxınlıq və ya yaşayış yeri prinsipi ilə məhdudlaşmır, valideynlər bir sıra fərqli meyarları əsas götürərək övladları üçün “daha yaxşı”, “reytinqli”, yaxud “prestijli” hesab etdikləri məktəblərə üstünlük verirlər:

“Bəzən bu seçimlər daha çox ictimai-sosial statusu nümayiş etdirmək üçün, bəzən isə həqiqətən təhsilin keyfiyyəti və inkişaf imkanlarına görə edilir. Tədqiqatlarım göstərir ki, çox vaxt sonda həm uşaq, həm valideyn, həm də məktəb bu yanlış seçimin fəsadlarını yaşamalı olur.

Əslində məktəb seçərkən valideynlərin əsas meyarı sadəcə ad-san, reytinq və ya cəlbedici infrastruktur deyil, uşağın fərdi inkişafına, psixoloji durumuna və sosial adaptasiyasına maksimum uyğunluq olmalıdır. İlk növbədə nəzərə almaq lazımdır ki, ibtidai sinif yaşında olan uşaq üçün məktəb yalnız bilik əldə etdiyi yer deyil, həm də yeni sosial mühit, ilk dostluqlar və xarakterin formalaşdığı bir mühitdir.

Bu baxımdan, məktəbin evə yaxınlığı, məktəbə təhlükəsiz və rahat çatmaq imkanları, siniflərin doluluğu və müəllim heyətinin stabil olması vacibdir. Çox vaxt “reytinqli” hesab olunan məktəblərdə siniflər olduqca dolu olur, bu isə fərdi yanaşmanı, müəllimin uşağa diqqətini azaldır. Halbuki, inkişaf etmiş ölkələrdə əsas prioritetlərdən biri məhz sinifdə şagird sayının az, müəllimlərin isə davamlı və yüksək motivasiyalı olmasıdır.

UNESCO-nun və OECD-nin araşdırmalarına görə, sinifdə şagird sıxlığı 20 nəfəri keçdikdə fərdi inkişaf imkanları xeyli zəifləyir, bu isə nəticədə uşağın məktəbə adaptasiyasını, özünüifadə və sosial bacarıqlarını ciddi şəkildə məhdudlaşdırır”.

K.Əsədov qeyd edib ki, məktəbin infrastrukturuna baxmaq vacibdir, amma təkcə gözəl bina, yeni partalar və rəngli dəhlizlər heç də keyfiyyətli təhsilin göstəricisi deyil:

“Əsas olan məktəbin pedaqoji mühiti, müəllimlərin peşəkarlığı, idarəetmədə şəffaflıq və psixoloji xidmətlərin mövcudluğudur. Azərbaycanda bu məsələdə hələ də ciddi çatışmazlıqlar qalır: ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsi, onların şəxsiyyət yönümlü və fərdi yanaşmaya açıq olub-olmaması, məktəb rəhbərliyinin açıq və valideynlərlə əməkdaşlığa meylli davranışı – bütün bunlar məktəb seçərkən nəzərə alınmalı əsas amillərdir. 2018-ci ildən etibarən ölkədə məktəblərin “keyfiyyət göstəriciləri” kimi formal reytinqlər müəyyən olunsa da, bunlar daha çox statistika üzərində qurulub, məktəbin real pedaqoji mühiti və psixoloji ab-havası barədə geniş məlumat vermir.

Bəzən valideynlər evdən uzaq, ad-san qazanmış məktəblərə övladlarını göndərməklə uşaq üçün sosial və emosional zərbə riskini artırırlar. Bu halda, uşaq həm yol yorğunluğunu yaşayır, həm də ailədən və tanış mühitdən kənarlaşdığı üçün adaptasiya prosesində problemlər yaşayır. Əgər uşağın məktəbi tez-tez dəyişdirilərsə, xüsusən də ibtidai siniflərdə, bu, onun sosiallaşmasına, özünəinamına və gələcəkdə məktəbə münasibətinə ciddi zərər vurur. Bir çox Avropa ölkəsində bu problem “məktəbə sadiqlik” (school attachment) adlanır və məktəb dəyişikliklərinin minimuma endirilməsi tövsiyə olunur”.

Ekspert əlavə edib ki, Azərbaycanda isə birinci sinfə qəbul zamanı bəzi texniki və ya inzibati çətinliklər, hətta korrupsiya və qeyri-rəsmi ödənişlər də problemə çevrilir:

“Rəsmi qəbul qaydalarına əsasən, məktəbə qəbulda əsas prioritet yaşayış yerinə yaxınlıqdır (Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 20-ci maddəsi və Təhsil Nazirliyinin qəbul qaydaları). Lakin praktikada bu qaydaların pozulması halları çoxdur. Əslində, qəbul zamanı texniki çətinlik yaşanarsa, ilk növbədə rəsmi elektron sistemdən (mektebeqebul.edu.az) istifadə etmək, qəbulun hansı meyarlarla aparıldığını və qərarın hansı əsaslarla verildiyini diqqətlə yoxlamaq lazımdır.

Əgər şəffaflıq və ya hüquq pozuntusu şübhəsi yaranarsa, valideyn birbaşa Təhsil Nazirliyinin qaynar xəttinə və ya yerli təhsil idarələrinə müraciət etməlidir”.

“Məktəb seçərkən nəzərə alınmalı ən sağlam meyarlar bunlardır: məktəbin yerləşməsi, siniflərin sayı və şagird sıxlığı, müəllim heyətinin keyfiyyəti və sabitliyi, məktəbin psixoloji dəstək imkanları, valideyn-məktəb əməkdaşlığı səviyyəsi, təhlükəsizlik və məktəbə çatım rahatlığı. Reytinq, ad-san, ictimai status və ya gözəl binalar isə heç vaxt əsas meyar olmamalıdır.

Valideynin əsas məqsədi övladını psixoloji və sosial cəhətdən uyğun, təhlükəsiz və inkişafını maksimum dəstəkləyən bir mühitə yerləşdirmək olmalıdır. Unutmaq olmaz ki, məktəb dəyişmək, xüsusilə ibtidai siniflərdə, uşağın psixoloji tarazlığını pozur və onun məktəbə münasibətini uzun müddətə mənfi təsirə məruz qoyur. Məktəbdə yer çatışmazlığı və ya texniki problem yaranarsa, ilk növbədə alternativ yaxın məktəblərdən istifadə etmək, lazım gələrsə rəsmi şəkildə (müraciət və ərizə yolu ilə) səbəbi izah etmək və hüquqi dəstək almaq lazımdır.

Dünya təcrübəsində də əsas yanaşma budur ki, ibtidai siniflərdə uşağın məktəbə adaptasiyası üçün əsas olan rahatlıq, yaxınlıq və davamlılıqdır. Uğurlu və sabit başlanğıc gələcək illərin təməlini təşkil edir. Azərbaycanda bu məsələdə həm dövlət, həm valideynlər, həm də məktəblər daha şəffaf və uşaq yönümlü olmalıdırlar. Hər bir valideyn bilməlidir: ən yaxşı məktəb uşağının özünü rahat, təhlükəsiz və sevilən hiss etdiyi məktəbdir”, – deyə K.Əsədov fikrini tamamlayıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:32

Maaş kartları ilə bağlı yenilik - İşçi özü seçim edəcək

Bütün xəbərlər
Dünən, 16:55

Moskva-Gəncə reysi gecikir

Bütün xəbərlər
Dünən, 13:46

Sabah duman olacaq, qərb küləyi əsəcək - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:13

Gəncəçaydan bu dəfə də plastik butulkalar YIĞILDI

Bütün xəbərlər
Dünən, 12:38

Gəncədə məktəbdə təhlükə saçan MƏHƏCCƏRLƏR

Bütün xəbərlər
Dünən, 10:42

Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi ilə bağlı qərar

Bütün xəbərlər
Dünən, 10:03

Gəncədə universitetlərə qəbul üzrə sınaq imtahanı keçiriləcək

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə yeniyetmə bıçaqlanıb

Bütün xəbərlər
06 may 2026, 17:33

Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib

Bütün xəbərlər
06 may 2026, 16:54

ATU-da Karyera Festivalı keçiriləcək

Bütün xəbərlər
06 may 2026, 12:37

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
06 may 2026, 11:56

Gəncədə küçədə söyüş söydü, 16 gün həbs edildi

Bütün xəbərlər
06 may 2026, 11:18

Şagirdlərimizdən möhtəşəm UĞUR - 41 medal qazandılar

Bütün xəbərlər
06 may 2026, 10:13

Gəncəli müğənni "Ferrari" ilə qəzaya düşüb

Bütün xəbərlər
06 may 2026, 09:28

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
06 may 2026, 09:00

Gəncədə yeniyetməni öldürən gənc… - "Özümü müdafiə ETMİŞƏM"

Bütün xəbərlər
05 may 2026, 18:00

Gəncənin mərkəzində yabanı otların biçini davam etdirilir

Bütün xəbərlər
05 may 2026, 16:42

Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqını dövlət ödəyəcək

Bütün xəbərlər
05 may 2026, 16:06

Kolbasa məmulatlarının istehsalı ARTIB

Bütün xəbərlər
05 may 2026, 15:32

Gəncədə hotellərdə monitorinq keçirilib

Bütün xəbərlər
05 may 2026, 13:51

Şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
05 may 2026, 13:18

Dostunu bıçaqladı, məhkəmə zalından azadlığa buraxıldı

Bütün xəbərlər
05 may 2026, 12:14

Nazir yeni rəis təyin etdi

Bütün xəbərlər
05 may 2026, 11:47

ATU ali təhsil müəssisələri arasında ilkə imza atıb

Oxşar xəbərlər