top
Yun didən qadını qətlə yetirən barədə Məhkəmə qərar verdi
05 oktyabr 2024, 09:50
- +

Yun didən qadını qətlə yetirən barədə Məhkəmə qərar verdi

 

Gəncə şəhərində 1980-cı il təvəllüdlü Mahirə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 51 yaşlı İradəni (adlar şərti göstərilib - red.) öldürüb.

Bizim.Media xəbər verir ki, qətl hadisəsi 31 avqust 2021-ci ildə baş verib. Mahirənin İradə ilə mübahisəsi yaranıb. Mübahisə zamanı ülgüclə İradəyə xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən ölüb. Hadisəni törədən Mahirənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə anlaqsız vəziyyətdə ifadə verən Mahirənin sözlərinə görə, qızı Samirə ilə birlikdə yaşayıb:

"Anam Kifayət, atam Qalib, bacım Nərminə, qardaşım isə Telli adlı şəxslərdir. 1987-ci ildə orta məktəbə getmişəm, 1998-ci ildə isə məktəbdən məzun olaraq akademiyanın "Aqronom" fakültəsinə daxil olmuşam. 2003-cü ildə həmin akademiyadan məzun olmuşam. 2005-ci ildə Tahirlə nikaha daxil olmuşam və 2007-ci ildə boşanmışıq. Həmin evlilikdən 2006-cı il təvəllüdlü Samirə adlı qızım var. Boşandıqdan sonra Tahir mənə evdən çıxmağımı bildirdi. Mən bir müddət atamgildə yaşadım".

Təqsirləndirilən şəxs qeyd edib ki, 2018-ci ildə anası Kifayət 3 000 manat dəyərində yaşadığı evi ona alıb: "Mən həmin tarixdən qaldığım binanın üst mərtəbəsində yaşayan İradə adlı qadını tanımışam. 2021-ci ilin avqustun 31-də, saat 17 radələrində İradə binanın girişində, blokun önündə döşəyin içində olan yunu yerə tökməklə yudu. İradə əvvəllər də mütəmadi olaraq həmin yerdə yun yuyub. Bu zaman binanın önündə onun yun yumağına etiraz etdim. Etiraz edərkən İradə məni təhqir etməyə başladı və mənə qarşı nalayiq ifadələr işlətdi. Mən də eyni sözlərlə qarşılıq verdim. Bu zaman evdə bıçaqla yemək bişirmək üçün badımcan soyduğumdan, onun səsini eşidən zaman əlimdə olan bıçaqla binanın həyətinə çıxdım. Daha sonra İradə əlində taxta parçası ilə üzərimə gəldi. İradə taxtanı kənara atmaqla saçımdan tutaraq məni yerə yıxdı. Həmin vaxt ona "burax, vuracağam" dedim. İradə isə "vur, qarın boşluğuma" deyə bildirdi. Bu zaman bıçaqla İradənin qarın və sinə nahiyəsinə zərbələr endirdim. Məni buraxdıqdan sonra hərəkətimi dayandırdım. Hadisə yerindən qaçaraq uzaqlaşdım və Gəncə Avtovağzalına getdim. Orada Gəncə-Qazax avtobusuna minərək Qazax rayonuna yollandım. Qazax rayonunun kəndində xalam Vüsalənin nəvəsi Məleykəgilə gedərək qonaq gəldiyimi bildirdim".

Mahirə deyib ki, hadisəni törətdikdən sonra Qazax rayonunun kəndində yaşayan xalası nəvəsi Məleykəgilə getməkdə əsas məqsədinin orada yerləşən Alban abidəsini ziyarət etmək olub: "Hadisə ilə bağlı Məleykəgilə heç bir məlumat verməmişəm. Ona görə də onlar sözügedən hadisədən xəbərdar olmayıblar".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edib.

Hökmə əsasən, Mahirə ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:00

Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 13:00

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 00:00

Tovuz döyüşlərindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 16:25

Gəncədə vəfat edən görkəmli şairin anım günüdür

Bütün xəbərlər
Dünən, 13:48

Gəncədə sabah da 38 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:11

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar

Bütün xəbərlər
Dünən, 12:18

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi

Bütün xəbərlər
Dünən, 10:46

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:37

Maşınlar toqquşdu, biri yeniyetmə olmaqla 3 nəfər yaralandı

Bütün xəbərlər
10 iyul 2026, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
10 iyul 2026, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
10 iyul 2026, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
10 iyul 2026, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
10 iyul 2026, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
10 iyul 2026, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
10 iyul 2026, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
09 iyul 2026, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
09 iyul 2026, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 iyul 2026, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
09 iyul 2026, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
08 iyul 2026, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Oxşar xəbərlər