Yanacaqdoldurma məntəqəsində saxta pul verməkdə şübhəli olan şəxs tutulub.
Gencexeber.az məlumat verir ki, oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb.
Araşdırmalar davam edir.