Daşkəsəndə hazırda aparılan tikinti işlərinə baxış keçirilib.
Gencexeber.az rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Xoşbulaq kəndində monitorinqlər aparılıb. Nəticədə qanunsuz olaraq fərdi yaşayış evləri tikintisinin aparılması faktları aşkar olunub. Həmin işlər aidiyyəti şəxslər tərəfindən dərhal dayandırılaraq sökülüb.
Qeyd edək ki, monitorinqlər Daşkəsən Rayon İcra Hakimiyyəti yanında rayon ərazisində tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan Komissiya üzvlərinin, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinin və hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.