top
Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi
06 oktyabr 2024, 10:00
- ↺ +

Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Viktor Klayn 1935-ci il sentyabrın 1-də Göygöldə dünyaya göz açıb. Yaşadığı evi isə 1886-cı ildə ana tərəfindən babası Yoşua Klayn tikib. İxtisasca Viktor radiotexnik olub.

İkinci Dünya Müharibəsi zamanı, almanəsilli şəxslər hakimiyyətin tapşırığı əsasında SSSR-nin digər ərazilərinə deportasiya olunmağa başlayanda, Viktorun bəxti gətirir: onun atasının əslən polşalı olması ailəsini zorla köçürülməkdən xilas edir. Sözügedən amil onlara Göygöldə qarışıq ailələr arasında yaşamağa imkan verir.

Heç vaxt ailə qurmayan Viktor tənha həyat sürüb. Kişi yaşa dolduqca evinin gələcəyi barədə də düşünməyə başlayıb. O, binanı azərbaycanlı dostuna hədiyyə etmək fikrinə gəlsə də, onların dostluğunun əmlak üzərində qurulduğu haqda yarana biləcək şayiələrdən narahat olan həmin şəxs Viktora evi Almaniya səfirliyinə pay verməyi məsləhət görür. Viktor elə belə də edir.

Viktor Klayn 2007-ci il martın 29-da 72 yaşında vəfat edərək Göygöldə yaşayan sonuncu alman olub. O, dünyaya gəldiyi doğma şəhərindəki alman qəbiristanlığında dəfn edilib.

Viktorun evi isə muzeyə çevrilib. Almaniya səfirliyi Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə tikilinin bərpasını həyata keçirib. Hazırda muzey kimi fəaliyyət göstərən həmin ev Azərbaycanda alman mədəniyyəti və tarixinin yaddaşını qoruyan mühüm abidələrdən birinə çevrilib.

[caption id="attachment_66295" align="alignnone" width="696"]Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi  [/caption]

Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi

[caption id="attachment_66296" align="alignnone" width="696"]Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi  [/caption]

[caption id="attachment_66297" align="alignnone" width="696"]Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi  [/caption]

[caption id="attachment_66298" align="alignnone" width="696"]Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi  [/caption]

[caption id="attachment_66299" align="alignnone" width="696"]Viktor Klayn: Göygölün sonuncu almanəsilli sakini və onun unikal ev-muzeyi  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər