Gədəbəydə vəzifəli şəxs müəlliməni qaçırıb.
Milli.аz məlumat verir ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı idarəsinin baş mühəndisi Alim İsmayılov qız qaçırıb.
Qarşı tərəf isə şikayətçi olduğuna görə sözügedən şəxs saxlanılıb. Məlumata görə, qaçırılan qadın rayonda müəllimə kimi çalışırmış və hadisə öz razılığı olmadan baş verib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı Gədəbəy rayon İcra Hakimiyyətinin alt qurumlarından biridir.