III MDB Oyunları ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyası (ASF) Gəncədə təlim-məşq toplanışına başlayıb.
Gencexeber.az bildirir ki, üzgüçülük üzrə milli komandanın üzvləri, həmçinin ölkəmizi III MDB Oyunlarında təmsil edəcək idmançılar Gəncə şəhərinə gəliblər. Onlar arasında 13-14 sentyabr 2025-ci il tarixlərində keçiriləcək "ASF Ganja Cup 2025" turnirinin iştirakçıları da var.
Müəllim və idmançılar Gəncə İdman Sarayının hotelində yerləşdiriliblər.
Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növləri üzrə yarışlara ev sahibliyi edəcək.