top
Uşaq bağçasının sakinləri: “Bizə ancaq makaron, kartof və qatıq verilir”
08 oktyabr 2024, 19:30
- ↺ +

Uşaq bağçasının sakinləri: “Bizə ancaq makaron, kartof və qatıq verilir”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncə şəhər 30 saylı körpələr evi-uşaq bağçasının vəziyyəti valideynlərdə ciddi narahatlıq doğurur.

Gencexeber.az məlumat verir ki, bağça Poçt qəsəbəsində yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Valideynlər iddia edirlər ki, azyaşlı uşaqlar bir çox problem, o cümlədən bağçanın qeyri-qənaətbəxş vəziyyəti ilə üzləşirlər, eləcə də balacaların təmin olunduqları qidanın keyfiyyəti də qeyri-kafidir.

Onların sözlərinə görə, giriş qapısı, dəhliz, tavanlar, döşəmə və divarlar onillər ərzində təmir edilməyib. Bundan başqa, kanalizasiya borularından ətrafa olduqca pis qoxu yayılır. Hasarın bir hissəsini isə külək uçurub. Bərpa işləri aparmaq əvəzinə həmin yer şiferlə örtülüb.

Valideynlərin övladlarının hansı qida ilə təmin olunduğu barədə məlumat almaq istəyi də bağça rəhbərliyi tərəfdən rədd edilir: “Uşaqlardan hansı yeməklərin verildiyini soruşanda, onlar ancaq makaron, kartof və qatıq yediklərini deyirlər. Nahar vaxtı video çəkmək xahişi ilə dəfələrlə tərbiyəçilərə müraciət etsək də, onlar internetin olmadığını əsas gətirərək bizə rədd cavabı veriblər”.

Redaksiyamız mövcud vəziyyətlə bağlı uşaq bağçasının müdiri Xanım Heydərova ilə əlaqə saxlayıb. Yalnız dəhlizinin təmirə ehtiyacı olduğunu söyləyən təhsil ocağının rəhbəri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində bu barədə məlumatın olduğunu bildirib. Həmçinin X.Heydərova uşaqların təmin olunduğu qida rasionunun zəif olması barədə iddiaları inkar edib:

“Bağçada otaqlar təmirli və müəssisənin fəaliyyət göstərməsi üçün tam yararlıdır. Təmir-bərpa işləri yalnız dəhlizdə görülməlidir. Bu barədə aidiyyəti üzrə məlumat verilib, lakin təmir işlərinin nə vaxt görüləcəyi barədə bizə məlumat verilməyib. Ümumiyyətlə bu cür işlər şəhər ərazisində mərhələli şəkildə həyata keçirilir. Hesab edirəm ki, vaxtı çatanda bizim bağçada təmir ediləcək.

Uşaqların rasionuna gəlincə, Təhsil Nazirliyi tərəfindən təsdiq edilən menyular vaxtında verilir, yəni heç bir problem yoxdur”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər