Gəncədə tələbələr üçün seminar hazırlanıb.
Gencexeber.az Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) istinadən məlumat verir ki, təlim təhsil ocağı ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində keçiriləcək.
Seminar oktyabrın 11-i saat 15:30-da ADAU-nun Yeni tədris binası 424-cü otaqda Ege Universitetinin əməkdaşı Professor Sait Engindeniz tərəfindən aparılacaq. Təlim “Mısır üretiminde sürdürülebilirlik açısından üretici kararlarının analizi” mövzusunda təşkil olunacaq.