“Turan Tovuz” Misli Premyer Liqasının 9-cu turu çərçivəsində doğma azarkeşlər qarşısında "Zirə" ilə qarşılaşıb.
Gencexeber.az məlumat verir ki, Kurban Berdıyevin yetirmələri 1:0 hesablı qələbə qazanıb. Görüşün 89-cu dəqiqəsində rəqib qapısına yol tapan Faiq Hacıyev "Turan Tovuz"a 3 xal qazandırıb.
Qələbə sayəsində xallarının sayını 18-ə yüksəldən tovuzlular turnir cədvəlində eyni nəticəyə malik “Qarabağ”la ilk iki yeri bölüşürlər.