Sentyabrın 21-də keçirilən "Turan Tovuz" - "Araz-Naxçıvan" görüşündən sonra Tovuz klubunun azarkeşi Şəhriyar Əlizadə 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Əlizadənin ictimai qaydalara riayət etməməsi, stadion əmlakına zərər yetirməsi barədə rəsmi müraciət daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində Bakı şəhər sakini olan həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Əlizadə barəsində 10 sutka müddətinə inzibati həbs tənbeh tədbiri seçilib.