top
Turanın 70 yaşlı təsisçisi: Klubun tarixi adını geri qaytarmaq olar - MÜSAHİBƏ
07 oktyabr 2024, 21:00
- ↺ +

"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

“Turan” futbol klubunun təsisçisi və ilk prezidenti Vidadi Əhmədov "Report"a müsahibə verib. Dünən Tovuz şəhər stadionunda 70 illik yubileyini qeyd edən sabiq klub rəhbəri sevincini bölüşüb. O, keçmiş xatirələrindən, UEFA Kubokunda qarşılaşdıqları Türkiyənin "Fənərbağça" klubu ilə oyundan və "Turan Tovuz"un hazırkı durumundan danışıb.

- Dünən 70 illik yubileyiniz Tovuz şəhər stadionunda təntənəli şəkildə qeyd edildi. Hansı hissləri keçirdiniz?

- Hisslərimi sözlə ifadə etmək çətindir. Deməli, futbolda gördüyümüz işlər, atdığımız addımlar unudulmayıb. Bu, məni sevindirməyə bilməz. Dünən Tovuz şəhər stadionunda 70 illik yubileyim münasibətilə məni təbrik edən azarkeşlərə, klub rəsmilərinə, rəhbərlərinə və hər kəsə dərin təşəkkürümü bildirirəm.

- "Turan" klubunun yaranması sizin adınızla bağlıdır. Həmin vaxtları necə xatırlayırsınız?

- 1992-ci ildə bu işə başlamışdıq. Həmi dövlər çox ağır idi. Ölkəmiz iqtisadi cəhətdən çətin dövrdən keçirdi. Birinci Qarabağ müharibəsinin gedişində xalqını sevən bir övlad kimi "Turan"ı yaratmağı özümə borc bildim. Məqsədimiz o idi ki, döyüşkən komanda yaradaq, Tovuz şəhərində ruh yüksəkliyini artıraq, idmana diqqət və qayğı göstərək. Həmçinin Tovuzda futbolu çox sevirdilər. Gələn təklifləri dəyərləndirdik və ortaya çox yaxşı iş çıxardıq. Düşünürəm ki, "Turan"ın yaranması Azərbaycan futboluna öz töhfəsini verib.

- Sizin qurduğunuz "Turan" komandası ilə indiki "Turan Tovuz" arasında nə kimi fərqlər var?

- İndiki komandanın tam olaraq içində deyiləm. Lakin məncə, ciddi fərq yoxdur. Stadion, azarkeşlər, komanda ruhu - hamısı eynidir. Tək dəyişiklik "Turan" sözünə "Tovuz" adının əlavə edilməsidir.

- 1994/1995 mövsümündə UEFA Kubokunda Türkiyənin "Fənərbağça" klubu ilə oyunları necə xatırlayırsınız?

- Məğlub olmağımıza baxmayaraq, "Fənərbağça" ilə oyunları unutmaq mümkün deyil. İki qardaş ölkənin klubları meydanda üz-üzə gəlirdilər. Türkiyədəki dostlarımız sayəsində tribunalarda "Turan" bayraqları çoxluq təşkil edirdi. Sanki meydanda iki qardaş komandanın futbolçuları mübarizə aparırdı.

- Xüsusi tarixə malik olan "Turan"ın adını və loqosunu geri qaytarmaq üçün hansı addımlar atılmalıdır?

- Müəyyən borclar var ki, onlar ödənilməlidir. Mətbuatdan oxuduğum məlumatlara görə, Naci Şensoya borca görə UEFA-ya rəsmi şikayət edilib. Hansı ki, 2000-ci illərin əvvəlində Şensoy mənim təşəbbüsümlə Azərbaycana gəlmişdi. Həmin vaxt heç maddi məsələləri belə danışmamışdıq. Ona təşəkkürümü bildirirəm. Bir müddət "Turan"a töhfə verdi. Məndən sonra başqa proseslər baş verdi. UEFA-ya şikayətdən sonra "Turan" Azərbaycan çempionatından kənarlaşdırıla bilərdi. Bu səbəbdən komandanın adı dəyişdi. Məncə, zamanla müəyyən işlər görərək klubun tarixi adını geri qaytarmaq olar. Klubun hazırkı İdarə Heyətinin sədri Ehtiram Quliyev qəlbində "Turan" sevgisi olan şəxsdir. O, komandanın irəli getməsi üçün əlindən gələni əsirgəmir.

"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ

- Sizcə, Ehtiram Quliyevin rəhbərliyi ilə "Turan Tovuz" hansı uğurlara imza ata biləcək?

- Mən bu sözü uzun illər əvvəl demişəm. Bildirmişəm ki, futbolumuzun inkişafını istəyən şəxs ən azı mənim qədər iş görməlidir. Ehtiram müəllimdə bu bacarığı və istəyi görə bilirəm. Onun rəhbərliyi ilə komanda yaxşı yerlərə çıxacaq.

- Baş məşqçi Kurban Berdıyevin işini necə qiymətləndirirsiniz?

- Komandanın səfərdə "Qarabağ"la oyununu izləmişdim. "Turan Tovuz" Kurban Berdıyevin rəhbərliyi altında çox təqdirəlayiq futbol nümayiş etdirdi. Dünən "Zirə" ilə keçirilən qarşılaşma da çox xoşuma gəldi. 1:0 hesablı qələbəni 70 illik yubileyimə həsr etdilər. Kurban Berdıyevin oyun üslubunu Madrid "Real"ının üslubuna bənzətdim. İlk hissədə rəqibini yordu, ikinci hissədə görüşdə diqtə edən tərəf oldu və istəyinə çatdı.

- Ehtiram Quliyev açıqlamasında bildirib ki, qələbələrin sayı artdıqca onları istəməyən qüvvələr də çoxalıb. Bu fikirlə razısınız?

- Bəli, razıyam. Çünki mənim klub prezidenti olduğum dövrlərdə də belə şeylər olurdu. Komanda gücünü artırdıqca, istəməyənlərin də sayı artır. Hər kəs öz bacardığı kimi güclünün qarşısını almağa çalışır. Çalışmaq lazımdır ki, belə şeylərə fikir verməyəsən və öz bacarığını ortaya qoyasan. Azərbaycan Premyer Liqasının VI turunda “Sabah”la oyunda və VII turda “Araz-Naxçıvan”la qarşılaşmada hakimlərin qərarlarında şübhəli məqamlar oldu. İstərdim ki, hakimlərin səhv qərarları barədə AFFA Hakimlər Komitəsi tədbir görsün və "Turan Tovuz" klubunun rəhbəri Ehtiram Quliyevin əməyinə hörmətlə yanaşılsın. Ehtiram bəy kimi insanları futbola cəlb etmək lazımdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər