Gəncəyə təyyarə ilə səfər edən şəxs dünyasını dəyişib.
Qafqazinfo-nun verdiyi məlumata əsasən, hadisə oktyabrın 4-ü saat 15 radələrində qeydə alınıb.
61 yaşlı Gəncə şəhər sakini Kəhriz İmran qızı Həsənovanın halı pisləşib. O, eniş edən təyyarədən çıxarılsa da, Gəncə Beynəlxalq Hava Limanında vəfat edib.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.