Növbəti ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 811 milyon 769,907 min manat olacaq.
Gencexeber.az məlumat verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, bu, 2024-cü illə müqayisədə 420 milyon 339,411 min manat və ya 9.6% çoxdur.