Xəbər verdiyimiz kimi, Şəmkirdə iki nəfəri cərəyan vuraraq həyatına son qoyub.
Gencexeber.az məlumat verir ki, vəfat edən şəxslər qonşu olub.
Bildirilib ki, həmin evdə yanğın baş verib. Bundan sonra hadisənin meydana gəldiyi Düyərli kəndində elektrik təminatı dayandırılıb. Hadisə yerinə ev sahibinin kürəkəni 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu Hümbətov və qonşusu 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova gəliblər.
Orada aparılan təmizlik işləri zamanı bərpa edilən elektrik cərəyanı kişini və onu xilas etməyə cəhd göstərən yeniyetməni vurub. Onların hər ikisi yerindəcə vəfat edib.
Qeyd olunub ki, dünyasını dəyişən Hümbət Hümbətov yeni ailə qurubmuş.