Şəmkirdə bir nəfərin ölümü ilə nəticələn qəza Bakı-Qazax-Gürcüstan magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Unikal xəbər verir ki, qəza zamanı vəfat edən Höcət Əhmədov eşitmə və danışma məhdudiyyətli olub.
Faktla bağlı araşdırma davam etdirilir.
13:49
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Report xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birinin önündə qeydə alınıb.
Motosikletlə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində motosikletin sürücüsü, 24 yaşlı H.Əhmədov aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.