Şəmkir şəhərində yanğın olub.
Gencexeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, ferma ərazisində ümumi sahəsi 50 m² olan birmərtəbəli, 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.