top
Rejissor Rövşən İsax: “Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm”
06 yanvar 2025, 16:59
- ↺ +

Rejissor Rövşən İsax: “Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm”

 

Rejissor Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. Dövlət Gənclər Teatrında (1993–1994), Dövlət Pantomim Teatrında (1994–1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993–1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir.

1 avqust 2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

[caption id="attachment_75210" align="alignnone" width="696"]Rejissor Rövşən İsax: “Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm”  [/caption]

Gencexeber.az-ın əməkdaşı Rövşən İsaxla həmsöhbət olub. Müsahibəni təqdim edirik.

- İstərdim söhbətimizə son işiniz olan “İmtina” ilə başlayaq. 

 - Əminliklə deyə bilərəm ki, bu günə qədər çəkdiyim seriallar içərisində ən peşəkarı məhz “İmtina”dır. Həmişəki kimi bu serialda da yeni simalar tapıb göstərməyə çalışmışam. Heyətdə Elşən Rüstəmov, Rasəf Mehtiyev, İlham Hüseynov, Şövqi Hüseynov, Sonaxanım Əliyeva kimi tanınmış aktyorlar da var. Məhəmməd Qulamov və Zəhra Əliyeva isə tamaşaçıların tanımadığı yeni simalardır.

- Deyirlər, Rövşən İsax gəncəliləri başına yığıb, Gəncə ləhcəsində serial çəkir. Bu söz-söhbət sizə də gəlib çatırmı?

- Əlbəttə. Halbuki “Yuxu kimi” istisna olmaqla, çəkdiyim heç bir serialda belə bir şey olmayıb. Sözügedən serial da Gəncə, Tovuz və Şəmkirdə çəkildiyi üçün aktyorların yol məsələsini nəzərə alaraq layihəyə daha çox Gəncə Dövlət Dram Teatrının aktyorlarını cəlb etdim. Məsələn, hazırda çəkilən “İmtina” serialında müxtəlif bölgələrdən aktyorlar var. Əslində, belə söhbət, vallah, gülməlidir. Mən aktyoru çağıranda soruşmuram ki, sən harada doğulmusan. Yoxlayırıq, rola uyğundursa, çəkirik. Çox vaxt sonradan bilmişəm ki, kim hansı bölgədəndir. Ola bilər ki, Gəncə teatrını yaxşı tanıdığım üçün oradan aktyor dəvət edim. Ancaq heç vaxt belə bir kriteriya olmayıb ki, gəncəliləri daha çox çəkim. Bəzən mənə deyirlər ki, mən də çəkilmək istəyirəm, özüm də gəncəliyəm. Düşünürlər ki, belə desələr, nəsə dəyişəcək. Sanki bu, Rövşən İsax üçün birinci dərəcəli nüansdır. Ancaq elə deyil.

- Yerlipərəstsiniz?

- Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm. Mən oranın suyunu içib, havasını udmuşam. Axı doğma şəhərimi necə sevməyə bilərəm? Nizami məqbərəsinə çatan kimi maşının şüşələrini aşağı salıram ki, salona Gəncənin havası çox dolsun. Mənim gözümdə günəş orada ayrı cür görünür - daha parlaq, daha işıqlı. Amma bilirəm ki, elə deyil, sadəcə mənə elə gəlir.

- Gəncəyə tez-tez gedirsiniz?

- Əlbəttə. On səkkiz yaşımda ali məktəbə qəbul olandan sonra Bakıya gəlmişəm. Ancaq tez-tez Gəncəyə getməsəm, bağrım çatlayar. Özü də hər  gedəndə “Xan bağı”nda olmalıyam, Sabir küçəsini piyada gəzməliyəm, çayın kənarında oturub, bir stəkan çay içməliyəm... Gəncənin bütün küçələri, ağacları, döngələri də mənim üçün doğmadır.

- Eviniz Gəncənin hansı tərəfindədir?

- Şəddadilər küçəsinin paralelində oluruq. Əvvəllər Gəncə camaatı ora “Yeni Yerevan” deyirdi.

- Ləhcənizi dəyişməmisiniz.

- Hə, dəyişməmişəm, daha doğrusu, dəyişə bilməmişəm. Əllidən sonra hiss edirəm ki, yavaş-yavaş ləhcəni unuduram. Uşaqlarım böyüyüb artıq. Nə yoldaşım, nə də uşaqlar ləhcə ilə danışır. Ancaq mənim dilimdə hələ də “İmamzadə haqqı” andı qalıb. Hərdən cuşa gələndə “Göy İmamzadə haqqı” da deyirəm. Gəncədə bilirsiniz ən çox nəyi sevirəm? Kiçik qardaşım orta və ali təhsilini rus dilində alıb. Ancaq Azərbaycan dilində çox səlis danışır. Çünki Gəncədə öz dilini bilməmək ayıb sayılır. Fərqi yoxdur, hansı dildə təhsil alırsan. Xarici dil bilirsən, lap yaxşı. Amma sən Gəncədə “Sən azərbaydjan dil” deyib danışsan, lağ edib topa tutarlar. Gəncədə ikinci ən çox sevdiyim şey qonşuluğa verilən dəyərdir. Kimsə nəsə səhv edəndə ona deyirlər ki, sənə qonşuluq haram olsun. Mən bu ifadəni Gəncədən savayı hardasa eşitməmişəm. Bizdə qonşuluq müqəddəs tutulur. Küçədə evimin qabağında olan tut ağacı mənim deyil, hamınındır. Hətta kiminsə həyətində olan tut ağacını çırpanda hamıya pay verirdilər. Gözümü açıb belə görmüşəm. Bir sözlə, bizdə qonşu qonşuya can yandırır. Gəncədə olan bu iki şey mənim üçün əvəzolunmazdır.

[caption id="attachment_75209" align="alignnone" width="696"]Rejissor Rövşən İsax: “Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm” FOTO: Gencexeber.az[/caption]

- Rövşən bəy, sizin bioqrafiyanızda bir məqam məni həmişə təəccübləndirir – Pantomim teatrında işləməyiniz. Niyəsə sizi heç cür Pantomimin səhnəsində təsəvvür edə bilmirəm.

- Nəinki işləmək, hətta Bəxtiyar Xanızadənin rəhbərliyi ilə Pantomim teatrını yaradan dörd nəfərdən biriyəm.

- Sonra ümumiyyətlə, teatrdan uzaqlaşdınız.

- Hə. Doxsanıncı illərin əvvəlləri teatrın çox ağır dövrü idi. Teatrdan uzaqlaşsam da, sənətdən uzaqlaşmadım, kamera arxasına keçdim və rejissorluğu dəlicəsinə sevdim.

- İxtisasca aktyorsunuz. Səhnə işığını tanıyan adam üçün bu qərarı vermək çətin olmadı?

 - Mənim canımda şöhrət azarı olmayıb, heç vaxt tanınmaq xəstəliyinə tutulmamışam. On dəfə televiziyaya çağıranda ikisinə gedərəm, ya getmərəm. Nə vaxt mənə intriqalı sual ünvanlasalar, cavab verməkdən qaçmışam. Mən şou adamı deyiləm.

- Ancaq son vaxtlar adınızı şou xəbərlərində çox görürük. Afət Fərmanqızı, Çimnaz Sultanova...

- (Sözümü kəsir) Xahiş edirəm, bu mövzuda bir kəlmə də soruşmayın.

- Yaxşı. Rövşən bəy, çoxları sizi “Vicdan haqqı” serialı ilə tanıyır. Ancaq mən sizi “Aktrisa” filmi ilə tanımışam. Niyə davamı olmadı, yaxud da sonralar müəllif filmi çəkmədiniz?

- İndi müəllif filminin dövrü deyil. Bunu dəfələrlə demişəm ki, daha Tarkovskilər yetişməyəcək.

- Ancaq bu günün də Nuri Bilgə Ceylanları var.

 - Bəs yaxşı, Nuri Bilgə Ceylana baxan nə qədər adam var? Deməli, 2011-ci ildə “Aktrisa” filmi ilə Kanna getmişdim. Orada proqramdan əlavə olaraq Ceylanın “Bir zamanlar Anadoluda” filmi nümayiş olunurdu. Kanndakı kinoteatr bizim Heydər Əliyev Sarayı boydadır. Təxminən, 2000 nəfərlik zalda anşlaq idi. Filmin sonunda zalda jüridən savayı 20 nəfər qalmışdı, ya yox. İndi gələk Azərbaycan şərtlərinə. Siz bilirsiniz bizdə filmlər necə zülmlə çəkilir? İndi özəl sektorda film çəkənlərin çoxu düşünür ki, mən bunun pulunu necə çıxarım? Eləsi olur, heç gəlir haqqında da düşünmür. Tutaq ki, elə filmlər var, geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmayıb,  Azərbaycan kinosuna lazımdır deyə çəkirsən. Məlum məsələdir, həmin filmlərə tamaşaçı baxmır, ancaq aidiyyəti qurumlar da qiymət vermir ki, bu adam yaxşı film çəkir, gəlin buna ikinci layihəni də verək.

- Bu gün əlinizdə lazımi resurs olsa, müəllif filmi çəkərsinizmi?

- Əlbəttə, çəkərəm. Hazırda əlimdə üç ssenari var. Ancaq mən zəif şərtlərlə heç vaxt bədii film çəkməyəcəm.

- Belə başa düşdüm ki, sizin üçün serial çəkmək həyat şərtlərinin diktəsidir.

- Mən “Aktrisa”nı on üç il əvvəl təhvil vermişəm. Yaxşı, tutaq ki, serial çəkmirəm. Sizin yadınıza düşəcəkdim elə bilirsiniz? Bəs bu on üç ildə mən neynəməliydim? Bəli, serial artıq həyat şərtidir.

- Keçən dəfə sizi “Qarabağ”ın oynunda gördüm.

- Hə. Oğlum “Qarabağ” azarkeşidir.

- Bəs siz?

- Mən “Kəpəz” azarkeşiyəm. Bilirsiniz, bu, qanla olan bir şeydir e. Məsələn, mən “Qarabağ” udanda sevinirəm, uduzanda dilxor oluram. Ancaq “Kəpəz” oynayanda ayaqlarım əsir. Elə bilirəm ki, özüm oynayıram. Uduzanda da depressiyaya düşürəm. Ancaq indi “Kəpəz”in oyunlarına baxmıram.

[caption id="attachment_75211" align="alignnone" width="690"]Rejissor Rövşən İsax: “Yerlipərəst deyiləm, ancaq Gəncəni çox sevirəm”  [/caption]

- Niyə?

- Küsmüşəm “Kəpəz”dən. Bilmirəm, komanda daxilində nə intriqalar gedir, ancaq “Kəpəz” belə olmamalıdır.

- Deməli, belə futbol sevginiz var imiş.

- “Kəpəz” sevgim var, futbol yox.

- Doğma şəhərinizlə bağlı hansısa arzunuz varmı?

- Bilirsiniz həmişə nə istəmişəm? Adamları incitməmək şərtilə Gəncə çayının vadisinə yaxın olan evlərin hamısını köçürərəm. Çayın vadisini düzəldib şəhərin aşağısından suyun qarşısını kəsərəm ki, Gəncə çayı dolu olsun. Bunu həmişə arzulamışam. Bir də əlimdə imkan olsa, icazə vermərəm ki, Gəncənin arxitekturasını dağıtsınlar. Böyük, müasir binalar tikilsin, ancaq qırmızı kərpicdən...

Aytac Sahəd

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Oxşar xəbərlər