Gəncədə musiqi proqramı baş tutacaq.
Gencexeber.az məlumat verir ki, tədbir Gəncə Dövlət Filarmoniyasında keçiriləcək. Konsert görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illiyinə həsr olunur.
Musiqili gecə 20 oktyabr tarixində saat 19:00-da başlayacaq.
Biletləri Filarmoniyanın kassasından və ya itiсkеt.аz saytından əldə etmək mümkündür. Qiymətlər 5-15 manat arası dəyişir.