Qərb bölgəsinin Premyer liqada çıxış edən futbol klubları cərimələnib.
Gencexeber.az assosiasiyanın rəsmi saytına istinadən məlumat verir ki, AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.
Belə ki, "Turan Tovuz" XI turda "Kəpəz"ə qalib gəldiyi (2:1) matçda beş futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
Gəncə klubu da eyni sayda oyunçusu vərəqə gördüyünə görə həmin məbləğdə ziyana düşüb. Komitə "sarı-göylər"ə əlavə olaraq 500 manat cərimə də kəsib.
Buna Dioqo Verdaskanın ikinci sarı vərəqənı alaraq meydandan qovulması səbəb olub. Futbolçuya bir oyunluq cəza tətbiq edilib.