Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Düşən yağıntının miqdarı Gədəbəydə 15 mm, Daşkəsəndə 14 mm, Göygöldə 9 mm, Gəncədə 6 mm, Şəmkir, Goranboy, Yevlax və Tovuzda isə 2 mm-dək olub.
Gəncə, Goranboy, Göygöl, Daşkəsən, Şəmkir, Tovuz və Yevlaxda duman müşahidə olunub.
Havanın minimal temperaturu Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.