Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.
Bildirilib ki, Gəncə şəhərinə, həmçinin Şəmkir, Göygöl, Gədəbəy, Daşkəsən və Yevlax rayonlarına düşən yağıntının miqdarı 3 mm-dək olub. Gəncə şəhəri, eləcə də Göygöl, Yevlax, Şəmkir və Daşkəsən rayonlarında duman müşahidə olunub.
Havanın minimal temperaturu Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.