Gəncə Dövlət Filarmoniyasında Aşıq Molla Cüməyə həsr olunan tədbir keçiriləcək.
Gencexeber.az məlumat verir ki, aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq tədbir 16-18 oktyabr tarixlərində baş tutacaq. Biletləri itiсkеt.аz saytından əldə etmək mümkündür.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.