Oktyabrın 29-u saat 19 radələrində Mingəçevir şəhərinin ərazisində şəhər sakini 22 yaşlı Fərid Əsgərov münaqişə zəminində 1993-cü il təvəllüdlü Araz Cəfərliyə bıçaqla xəsarət yetirib.
APA-ya DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən F.Əsgərov saxlanılıb, xəsarətlə bağlı müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.