Qazaxda bədbəxt hadisə baş verib.
APA-nın verdiyi məlumata əsasən, insident rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. 23 yaşlı İlkin Sarıyev kənd ərazisində minaya düşüb.
Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərərçəkmişin bir ayağı amputasiya olunub. Onun vəziyyəti ağır qiymətləndirilir.
Gəncin mal-qara otaran zaman minaya düşdüyü bildirilir.