Gəncəli sənətkar Kübra Əliyeva səhhəti ilə bağlı problemlərdən söz açıb.
Gencexeber.az məlumat verir ki, tanınmış gəncəli aktrisa qonaq olduğu "Elgizlə izlə" verilişində bu yaxınlarda ev işləri ilə məşğul olarkən fəqərə sütununda çatların əmələ gəlməsindən və bu səbəbdən də hərəkətində yaranan məhdudiyyətlərdən danışıb.
“Sən demə, mənə əyilmək olmaz. Bundan sonra 5 fəqərə sütunumda çatlama və qırılma əmələ gəlib. Döşəməni silməklə fəqərəmə zərbə vurdum. Həkimlər mənə əyilib iş görməməyi tövsiyə etdilər. Beyin cərrahı mənə yardım etdi. Qan analizləri verdim. Nəticəsi yaxşı çıxdı. Yəni onkoloji heç bir şey yoxdur. Amma yeriməkdə əziyyət çəkdim. Müalicələrimi davam etdirirəm" - K.Əliyeva bildirib.