Gəncədə “Çölün ruhu” adlı konsert proqramı hazırlanıb.
Gencexeber.az Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan tədbir Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.
Konsert proqramı oktyabrın 12-si saat 15:00-da təşkil olunacaq. Burada Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazaxıstan Kamera Xoru və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək. Bədii rəhbərlər Merbol Kuspanov və Xalq artisti Gülbacı İmanovadır.