Gəncəli Əməkdar artist vəfat edib.
Gencexeber.az-a daxil olan məlumata əsasən, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığı səbəbilə dünyasını dəyişib. Onun bu gün saat 15:00-da Gəncədə “Köhnə Səbiskar” adlanan qəbiristanlıqda torpağa tapşırılacağı bildirilib.
Qeyd edək ki, Kifayət Gəncəli 1937-ci ildə Gəncədə anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda onun 300-ə yaxın səs yazısı qorunub saxlanılır.