Futbol üzrə Azərbaycan Kubokunun “Kəpəz” - "Ağdaş" qarşılaşması baş tutub.
Gencexeber.az məlumat verir ki, II təsnifat mərhələsinin matçı Gəncə komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdaş Şəhər stadionunda baş tutan oyunda qolları Lassana Ndiaye (10), Kərim Lkoça (17, 42), Tural Rzayev (21, 60) və Nicat Məmmədov (63) vurublar.
Qeyd edək ki, "Kəpəz" növbəti raundda "İmişli" - "Cəbrayıl" cütünün güclüsü ilə üz-üzə gələcək.