“Kəpəz” PFK sabah yaşıl meydana çıxacaq.
Gencexeber.az məlumat verir ki, Gəncəni təmsil edən “Kəpəz” Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində çempionatın şəksiz lideri “Qarabağ”la qarşılaşacaq. Oyunun start fiti Tovuz şəhər stadionunda oktyabrın 18-i saat 18:00-da səsləndiriləcək.
Qeyd edək ki, “Kəpəz” cari mövsümdə keçirdiyi 9 oyundan yalnız birində, ötən turda “Neftçi”yə qalib gələ bilib. Komanda 3 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır.
Xatırladaq ki, “Kəpəz” PFK ev oyunlarını müvəqqəti olaraq Tovuz şəhər stadionunda keçirir. Buna səbəb Gəncə şəhər stadionunda yenidənqurma işlərinin başladılmasıdır.