top
İnfeksionist: “Metapnevmovirus yüksək yoluxuculuğa malikdir”
16 yanvar 2025, 20:00
- ↺ +

İnfeksionist: “Metapnevmovirus yüksək yoluxuculuğa malikdir”

 


“Metapnevmovirus tənəffüs yollarında infeksiyalara səbəb olan və qripə bənzər simptomlarla özünü göstərən bir virus növüdür. Əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir”.

Bu sözləri cenublu.аz-ın bugünkü müsahibi həkim-infeksionist Ülkər Əlizadə deyib.

Müsahibəni təqdim edirik:

– Ülkər xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

– 1994-cü ildə Lənkəran şəhərində anadan olmuşam. Məktəbdə oxuyan zaman təbiət elmlərinə böyük marağım olub. Hər zaman diqqətimi çəkirdi.

– İnfeksionist olmağa necə qərar verdiniz? Bu sahəyə olan marağınız necə başladı?

– Məktəb illərində antibiotikləri və onların təsir mexanizmini, mikroorqanizmləri araşdırmağa həvəsim var idi. Anam Natəvan xanımın bioloq olmağının da rolu böyük olub. O, mənə mikroskop altında bitki hüceyrələri göstərirdi, elmə marağıma çox dəstək olub.

2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil oldum. Tələbəlik illərində bir sıra elmi konfranslarda iştirak edib, diplom və sertifikatlara layiq görülmüşəm. Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü olmuşam. Tələbəlik illərində özümə ustad bildiyim həkim Gülnarə Babayeva ilə tanış olduqdan sonra isə onun xəstələrə yanaşma tərzini, daim elmi biliklərini təkmilləşdirmək marağını özümə örnək bildim. Və infeksionist həkim olmaq qərarı verdim. 2018-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olduqdan sonra həmin ildə Azərbaycan Tibb Universiteti Klinik Baza Şəhər 1 saylı Kliniki Tibbi Mərkəzdə rezidenturaya qəbul oldum.

– Həkim olaraq nə qədər təcrübəniz var və hansı sahədə ixtisaslaşmısınız?

– Dörd illik Bakı şəhər KTM-də dörd illik rezidentura və Lənkəran RMX-də iki illik təcrübəm bir sıra yoluxucu xəstəliklərin aşkarlanması, müayinə və müalicəsində mənə çox yardımçı oldu. Hava-damcı (KRVI, angina, suçicəyi, qrip, qızılca, epidemik parotit ve s.), KBI (viruslu hepatitler, viruslu və bakterial infeksiyalar, botulizm, qida zəhərlənmələri və s.), qızıl yel, quduzluq, tetatus, bruselyoz və s. infeksiyalarla qarşılaşma mənə böyük imkanlar açdı və təcrübəmdə böyük rol oynadı.

– COVID-19 pandemiyası dövründə infeksionistlərin rolu necə dəyişdi? Bu, gələcəkdə digər infeksion xəstəliklərin idarə olunmasına necə təsir edəcək?

– COVID-19 pandemiyası dövründə xəstəliyin aşkarlanması, müayinə olunması, müalicə taktikasının seçilməsi ilə yanaşı somatik xəstəliklərin aşkarlanması və bu istiqamətdə xəstələrin çeşidlənməsi həkim infeksionistlərin əsas öhdəliyi olub.

Tibb sahəsində, xüsusən də yoluxucu xəstəliklər sahəsində dəqiq proqnozu vermək, düşünürəm ki, mümkün deyil. Lakin əhalinin yoluxucu xəstəliklər, onların yayılma yolları və qorunma üsulları haqqında maarifləndirilməsinin rolu xüsusi qeyd edilməlidir. Beləliklə də bu prosesə digər ixtisas həkimləri deyil, sırf yoluxucu xəstəliklər üzrə mütəxəssislərin cəlb edilməsi daha məqsədəuyğun olacaq. Belə ki, xəstəliklərin vaxtında aşkarlanmasında, yayılmasının qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyacaqdır.

– Bu sahənin nə kimi problemləri var?

– Hər sahədə olduğu kimi bu sahədə də bir sıra problemlər var. Problemlər bitərsə, həyat dayanar. Odur ki, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu istiqamətdə problemlərin həllində uğurla irəliləyirlər. Yeni tibbi avadanlıqlarla təchizat, həkimlərimizin xarici ölkələrdə ixtisaslaşması, bilik və bacarıqlarının artırılması, müasir biliklərə yiyələnməsi və s.

– Xroniki hepatit xəstəliklərdən bəhs edərdiniz.

– Xroniki hepatit B və xronik hepatit C xəstəliyi dünyada və ölkəmizdə çox sayda insana təsiri olan və asimptomatik infeksiyadan qaraciyər sirrozu və hepatoselular xərçəngə kimi çox fərqli şəkillərdə qarşımıza çıxa bilən ən əsas yoluxucu xəstəliklərdəndir.

Xroniki hepatit B-nin qarşısının alınması üçün etibarlı vaksinasiya mövcud olmasına baxmayaraq, C hepatit virusuna qarşı belə bir vaksinasiya hələ ki, mövcud deyildir.

Son illərdə xroniki hepatit B, xüsusən də xroniki hepatit C xəstəliyinin müalicəsində yeni dövr sayıla biləcək dərəcədə böyük inkişaf, uğurlar, yeniliklər vardır. Xroniki hepatit C və xroniki hepatit B epidemioloji, təbii, kliniki gedişat və müalicə taktikası baxımından bir çox fərqli özəlliklərə sahib olduqlarından bu iki xəstəlik haqqında ayrı-ayrı danışmaq lazımdır.

– Cənub bölgəsində çalışırsınız. Burada ən çox rast gəldiyiniz infeksion xəstəliklər hansılardır?

– Ümumiyyətlə, yoluxucu xəstəlikləri regionlar üzrə bölmək olmaz. Bizim bölgədə də digər bölgələrdə olduğu kimi infeksionistlərə virus hepatitləri, dəri və yumşaq toxuma infeksiyaları, bruselyoz, sidik yolları infeksiyaları, virus infeksiyaları (herpes, kəmərləyici dəmrov, sitomeqalovirus, infeksion mononukloez), mədə-bağırsaq infeksiyaları, səbəbi bilinməyən qızdırma şikayətləri ilə müraciətlər olunur, diaqnostikası və müalicəsi aparılır.

– Çində yayılan metapnevmovirus insanlarda təşvişə səbəb olmağa davam edir. COVİD19-dan daha təhlükəli olduğunu deyirlər. Siz nə düşünürsünüz?

– Metapnevmovirus tənəffüs yollarında infeksiyalara səbəb olan və qripə bənzər simptomlarla özünü göstərən bir virus növüdür. İlk dəfə 2001-ci ildə müəyyən edilmiş bu virus, əsasən uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlarda təsirli olur. Metapnevmovirus əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir. Virusun yoluxma  yolları əsasən digər respirator infeksiyalarla eynidir.

Hava-damcı yolu: Virus öskürək və ya asqırma zamanı havada yayılır.

Yaxın təmas: Virusun daşıyıcısı ilə sıx təmasda olmaq infeksiyaya səbəb ola bilər.

Əllər və səthlər: Virusla çirklənmiş əşyalar və səthlər vasitəsilə yoluxma mümkündür.

Əlləri tez-tez sabunla yumaq, ictimai yerlərdə maskadan istifadə etmək lazımdır. İnsanlarla sıx təmasdan çəkinməklə virusdan qorunmaq mümkündür.

Nəzrin Vahid


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Dünən, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Dünən, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Dünən, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Dünən, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Dünən, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Dünən, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Dünən, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
30 sentyabr 2026, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
30 sentyabr 2026, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
30 sentyabr 2026, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
30 sentyabr 2026, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
30 sentyabr 2026, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
30 sentyabr 2026, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
30 sentyabr 2026, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
30 sentyabr 2026, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
30 sentyabr 2026, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
30 sentyabr 2026, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Oxşar xəbərlər