Gəncədə şəhid dəfn olunub.
Report-un verdiyi məlumata əsasən, şəhid Vaqif Sərdar oğlu Alıyevlə vida mərasimi baş tutub. Qalıqları Ağdərə rayonunun Sırxavənd kəndində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan həmvətənimiz Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, Gəncə Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Vaqif Sərdar oğlu Alıyev 1966-cı il mayın 28-də Gədəbəy rayonunda anadan olub. O, 1993-cü il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.