Gəncəli idmançılar beynəlxalq yarışda uğur qazanıblar.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, beynəlxalq “Ocaq kuboku” Milli Gimnastika Arenasında baş tutub. Turnir 4 gün davam edib.
Gəncənin yetirmələri Aylin Novruzova (2014) və Bətül İsmayıl (2016) II yerə layiq görülüblər. Qaliblər medalla təltif olunublar.
Qeyd edək ki, gimnastların məşqçi-müəllimi Nurcahan Əliyevadır.