III MDB Oyunları ərəfəsində Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında "ASF Ganja Cup 2025" turniri keçiriləcək.
Gencexeber.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, eyni zamanda "Bakı Şəhər Halqası Əməliyyat" Şirkətinin dəstəyi ilə keçirilən yarışda müxtəlif klubları təmsil edən 200-dən çox üzgüçü mübarizə aparacaq.
Yarışlar 13 sentyabr 2025-ci il tarixində saat 16:30-da, 14 sentyabr 2025-ci il tarixində isə saat 09:30-da başlayacaq.
Gəncə sakinləri və qonaqları yarışları izləyə biləcəklər, giriş sərbəstdir.
Xatırladaq ki, Gəncə şəhəri III MDB Oyunları zamanı üzgüçülük və bir sıra digər idman növləri üzrə keçiriləcək yarışlara ev sahibliyi edəcək.