Gəncə idmançıları savat idman növü üzrə yarışlarda iştirak ediblər.
Gencexeber.az Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir ki, turnir Azərbaycan Savat Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya idman kompleksində keçirilib.
Yarışda Gəncə Savat Klubunun rəhbəri Beyrək Bağırovun yetirməsi Sənan Babazadə 85+ kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.
Həmçinin Nicat Əhmədov 70 kiloqram çəki dərəcəsində yalnız finalda məğlub olaraq gümüş medal qazanıb.