Gəncəli idmançı Səbuhi Məmmədov Bakıda keçirilən MMA və Qrapplinq Federasiyasının ümumi Respublika iclasında mükafatlandırılıb.
Gencexeber.az məlumat verir ki, MMA və qrapllinq üzrə qərb bölgəsinin nümayəndəsi və baş məşqçisi Səbuhi Məmmədov federasiyanın tərkibində fəaliyyət göstərən "Zeyd" Döyüş Mərkəzi tərəfindən diplomla təltif olunub.
Qeyd edək ki, baş məşqçi 1983-cü ilin 23 dekabrında Gəncədə anadan olub. İlk idman növü sərbəst güləş olsa da, sonradan müxtəlif idman növləri ilə məşğul olub. 2021-ci ildə ciu-citsu üzrə Moskvada keçirilən Dünya çempionatında 1-ci yerə layiq görülüb.
2024-cü ilin 7-12 oktyabrında isə Qazaxıstanın Astana şəhərində qrapplinq üzrə iki növdə çıxış edib, Qrappling və Qrapplinq gi versiyası üzrə gümüş medal qazanaraq dünya ikincisi olub. MMA idman növü üzrə beynəlxalq dərəcəli hakimdir.
[caption id="attachment_71107" align="alignnone" width="696"]
[/caption]
