top
Gəncəli dünya çempionu: Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı - ÖZƏL MÜSAHİBƏ
23 noyabr 2024, 14:00
- +

Gəncəli dünya çempionu: "Həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı" - ÖZƏL MÜSAHİBƏ

 

Pauerliftinq Azərbaycanda son illərdə populyarlaşmağa başlayanr idman növüdür. Bu idman növü gücün və dayanıqlılığın ölçülməsi üçün üç əsas hərəkəti – squat (çömbəlmə), bench press (skamyada press) və deadlift (ölü çəkiləri qaldırmaq) – əhatə edir. Pauerliftinqdə məqsəd hər üç hərəkətdə mümkün olan ən yüksək çəkini qaldırmaqdır.

Azərbaycanda bu idman növü ilə məşğul olanların sayı da artmaqdadır. Onlardan biri də pauerliftinqçi Vüsal Ağalarovdur.

Gencexeber.az həmin idmançı ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1991-ci il oktyabrın 20-də Gəncə şəhərində anadan olmuşam.

- Pauerliftinqə başlamağa necə qərar verdiniz? İlk dəfə bu idman növünü necə kəşf etdiniz?

- Uşaq yaşlarımdan güc idman növlərinə böyük marağım olub. Gəncədə bir mötəbər yarış keçirildi. Yarışın təşkilatçısı isə Rüfət Ağayev idi. Həmin vaxtlarda televiziyada yarışın reklamı gedirdi. Yarışda dünya çempionları Rüfət Ağayev və Hafiz Verdiyevi gördüm. Həmin reklam sayəsində bu idmanla maraqlanmağa başaldım.

- Pauerliftinqdəki ilk böyük uğurunuz nə idi? O anı necə xatırlayırsınız?

- Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Beynəlxalq xatirə turniri keçirildi. Orada gənclər arasında birinci yerə layiq görüldüm. Və bu mənə daha çox stimul verdi.

- Dünya çempionu titulu qazandığınızda nə hiss etdiniz? Bu uğurun sizin üçün mənası nədir?

- Dünya çempionu neçə dəfə olsan da, bu idman növündə önəmli olan məqam kiloqramlardır, yəni qaldırdığın çəkilərdir. Üç dünya çempionatının, bir Dünya kubokunun qalibiyəm. Həmçinin "Arnold Classic" mötəbər yarışının qalibiyəm.

- Çempion olmağın sirri nədir? Məşqlərdə və psixoloji hazırlıqda hansı yanaşmanı tətbiq edirsiniz?

- Çempion olmaq güclü xarakter tələb edir. Məqsədyönlü olmalısan. Hədəfə çatmaq üçün bu, şərtdir. İstədiyinə çatmağı bacarmalısan. Məşqlərində çox iddialı olmalısan. Yıxılsan belə davam etməlisən, hər ağrını və acını önəmsəməli deyilsən. Yalnız hədəfə doğru addım atmalısan.

- Bədəninizi gücləndirmək üçün hansı xüsusi məşq metodlarından istifadə edirsiniz?

- Bir poverlifter olaraq sırf "Squat", "Bench press" və "Deadlift" hərəkətlərindən, yəni ən əsas təməl hərəkətlərdən istifadə edirəm.

- Bir çox pauerliftinq yarışmalarında iştirak etmisiniz. Hər birinin özünəməxsus təcrübəsi olur. Sizi ən çox həyəcanlandıran və ya çətinliklərlə üzləşdirdiyiniz yarış hansıdır?

- Etiraf edim ki, sonuncu Dünya çempionatı mənə daha çox həyəcan verirdi. Çünki qaldırdığım çəkiləri məşqlər zamanı çox artırmışdım. Buna görə də bu yarışda ailəm və məni səmimi qəlbdən sevən hər kəs məndən daha böyük nəticələr gözləyirdi. Məsuliyyət hissi məni dinc buraxmırdı.

- Çempion olmağınızda ən böyük çətinliklər nələr oldu? Bu çətinlikləri necə dəf etdiniz?

- Həmişə olduğu kimi ən böyük çətinliklər maddiyyat ilə bağlıdır. Çünki bir idmançının daha böyük nəticələr əldə etməsi üçün güclü və əlavə idman qidaları, vitaminlər, minerallar, terapiyalar qəbul etməlidir.

Travmalar qaçılmazdır, minimum zədə ilə yarışdan ayrılmaq üçün əlimizdən gələni edirik.

- Məşqlərdə, yarışlarda motivasiyanızı necə qoruyursunuz?

- Motivasiya mənim ailəmdir. Onlara verdiyim sözü yerinə yetirməyə çalışıram. İki qız övladıma görə edirəm.

- Qələbələrdən sonra və ya məğlubiyyətlərlə üzləşdikdə, özünüzü necə ruhlandırırsınız?

- Əgər hədəfin varsa, nəyə isə çatmaq istəyirsənsə, heç bir məğlubiyyət səni ruhdan sala bilməz. Qələbələr isə mənə daha böyük stimul verir və daha çox çəkilərin öhdəsindən gələcəyimə əminlik yaradır.

- Pauerliftinqlə peşəkar səviyyədə məşğul olmaq həyat tərzinizdə hansı dəyişikliklərə zəmin yatadı?

- Mən peşəkar səviyyədə idmançı oldum. Ancaq həyat tərzim heç vaxt peşəkar idmançıların həyat tərzindən olmadı.

- Gündəlik həyatınızda güc artırmaq məqsədilə nələrə xüsusi diqqət yetirirsiniz?

- Qida, yuxu, intizam ən mühüm amillərdir.

- İdmançı karyeranızın sonunda hansı məqsəd və ya hədəfləri qoymusunuz?

- Hələ ki qarşımda dayanan ən böyük hədəfim 110 kiloqramda çəkimi saxlayaraq oturub durma hərəkətində 400 kiloqram çəkinin öhdəsindən gəlməkdir. Sonra növbəti hədəfim nə olacaq, bilmirəm.

- Pauerliftinqin inkişafında hansı dəyişiklikləri görürsünüz və bu idmanın gələcəyini necə qiymətləndirirsiniz?

- Hazırda inkişaf etməyib. Federasiya üçün heç bir cəhdlər göstərilmir. Ümid edirik ki, yaxşı olar.

- Gənc pauerliftinqçilərə nə kimi tövsiyələr verərdiniz? Uğur qazanmaq üçün hansı əsas məqamlar üzərində çalışmalıdırlar?

- Tövsiyəm o olardı ki, intizamlı olsunlar. Heç vaxt medal arxasınca qaçmasınlar. Əzmkar olsunlar. Qarşılarına qoyduqları hədəfə doğru irəliləsinlər.

- Bundan sonra hansı yeni rekorda imza atmağı düşünürsünüz?

- Əgər sağlığım və gələcəyim imkan verərsə, 110 kq kateqoriyamda toplam 1 ton çəkinin öhdəsindən gəlməyi düşünürəm.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:11

Kanala aşan avtobus qəzası zamanı xəsarət alanların sayın 12-yə çatıb - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 09:42

15 baş qoç oğurlanıb: Sakin yardım istəyir

Bütün xəbərlər
Dünən, 18:00

Evdən işləmək qanuniləşir

Bütün xəbərlər
Dünən, 17:28

Şəmkirli qız Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb

Bütün xəbərlər
Dünən, 17:03

Gəncədə əri 43 yaşlı qadını döyüb xəstəxanalıq etdi

Bütün xəbərlər
Dünən, 16:06

Gəncədə köhnə kərpic zavodu yanır

Bütün xəbərlər
Dünən, 16:03

"Federasiya gəlib şəkil çəkdirib getdi" – Mingəçevirdə nə baş verib?

Bütün xəbərlər
Dünən, 15:19

Anasını və nənəsini öldürən yeniyetməyə 7 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 14:54

Təcili yardım evdə doğuş həyata keçirib

Bütün xəbərlər
Dünən, 14:15

Sabah hava yağıntılı olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:39

Yanıqlıda plandankənar yoxlama keçirilib

Bütün xəbərlər
Dünən, 12:58

Gəncədə laboratoriya akkreditasiyadan keçib

Bütün xəbərlər
Dünən, 12:22

Gəncədə yeniyetməni öldürən şəxsin cəzası azaldıldı

Bütün xəbərlər
Dünən, 12:07

Hərbi xidmətə çağırışla bağlı YENİLİK

Bütün xəbərlər
Dünən, 11:06

19 yaşlı GƏNCƏLİ Afrikadakı müsəlman uşaqlara çörək yollayıb

Bütün xəbərlər
Dünən, 10:38

Gəncədə "Yaşıl gələcək naminə" aksiya

Bütün xəbərlər
Dünən, 10:02

Cavad Xan küçəsi yuyulub

Bütün xəbərlər
Dünən, 09:28

Dayısı arvadını qətlə yetirən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 09:00

Məktəblilərimiz "Arşın mal alan"dan duet səhnəsini canlandırıblar

Bütün xəbərlər
02 dekabr 2025, 18:00

Nərminin qətlində təqsirli bilinən İlkin Süleymanovun məhkəmə prosesi keçirildi

Bütün xəbərlər
02 dekabr 2025, 17:33

Qadın kürəkəni tərəfindən döyüldü

Bütün xəbərlər
02 dekabr 2025, 17:02

"Dubay bazarı"nda yoxlama

Bütün xəbərlər
02 dekabr 2025, 16:33

Gəncədə partlayan binanın sakinlərinin kirayə pulları kəsilib

Bütün xəbərlər
02 dekabr 2025, 15:58

Gəncədə 9 nömrəli marşrut xətti üzrə hərəkət sxemi açıqlanıb

Oxşar xəbərlər