Gəncədə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq birincilik keçiriləcək.
Gencexeber.az məlumat verir ki, kikboksinq turniri noyabrın 15-də Gəncə şəhər Olimpiya İdman Kompleksində təşkil ediləcək. Yarışda Respublikanın müxtəlif regionlarından qatılan 250-dən çox uşaq, yeniyetmə və gənclər aşağıda qeyd edilən yaş və çəki dərəcələrində mübarizə aparacaqlar:
Qeyd edək ki, bu gün idmançıların çəki ölçmə proseduru həyata keçirilib.
Bildiririk ki, yarış Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Kikboksinq Federasiyasının Qərb bölgəsi üzrə rəhbəri, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi İlqar Alıyevin birgə təşkilatçılığı ilə baş tutacaq.