top
Gəncə terrorunun balaca qəhrəmanı: Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm
17 oktyabr 2024, 12:00

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

Bu gün dəhşətli Gəncə terrorundan 4 il ötür. O vaxt üz-başı qan olsa da, təbəssümü ilə terrora müqavimət göstərən balaca Bəxtiyarı yəqin ki, hamımız tanıyırıq. “Cəsarət simvolu”na çevrilən Bəxtiyarı xoş siması ilə bir çoxlarımız Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova bənzətmişik.

AzEdu.аz Təhsil Portalı 4 ildən sonra qəhrəman Bəxtiyarla əlaqə saxlayıb, onun hal-əhvalından xəbər tutub. O, Gəncə şəhər 20 saylı orta məktəbin 3-cü sinif şagirdidir. Bizlə salamlaşanda onun ilk sözü “Mən özümlə fəxr edirəm” oldu.

Müsahibəni təqdim edirik.

- Salam, Bəxtiyar necəsən, dərslərin necədir?

- Yaxşıyam, dərslərim də yaxşıdır. Yaxşı oxuyuram, əlaçıyam. Bu gün Kiçik Summativ Qiymətləndirmədən (KSQ) 5 aldığım üçün çox sevinirəm. Məktəbdə çox gözəl müəllimlərim və dostlarım var. Türkan müəllimimi çox istəyirəm.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Həmişə yaxşı olasan, igid. Əminik ki, müəllimin də səni çox istəyir. Sənə dərslərini hazırlamağa kim köməklik edir?

- Dərslərimə evdə anam, məktəbdə müəllimim kömək edir. Dərsdən sonra hazırlığa qalıram. O mənə bilmədiklərimi də izah edir.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Bəxtiyar, böyüyəndə kim olmaq istəyirsən?

- Mən Polad Həşimov kimi qəhrəman olmaq istəyirəm. Qanlar içində olan şəkildə də özümü ona bənzədirəm.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Halal olsun sənə! Maraqlıdır ki, üz-gözün qanın içində olsa da, sən o məşhur şəkildə gülümsəyirsən. Həmin an nə hiss edirdin?

- Mənim təbəssümümün altındakı məna  o demək idi ki,  Azərbaycan xalqı qorxmazdır, mərddir, “Dəmir yumruq” kimidir.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Həmin terror gecəsini necə xatırlayırsan?

- Mən yatmışdım. Birdən bombanın səsinə oyandım. Həmin vaxt mebelin şüşələri üstümə töküldü, üzümün hər yeri qan oldu. Onda dayım və Bəhruz əmim bizə gəldilər. Bəhruz əmim şkafı qaldırıb, paltarları götürəndən sonra dayım bizi dağıntıların altından çıxardı.

Onda bacım da yatmışdı. Amma qorxusundan ayaqları tutulmuşdu, yeriyə bilmirdi. Mən onu qucaqlayıb dedim ki, “bacı qorxma! Mən sənin yanındayam”.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Biz səninlə fəxr edirik, Bəxtiyar. Sizə artıq yeni ev tikilib. İndiki eviniz xoşuna gəlir?

- Bəli, evimiz çox yaxşıdır. Təzə evimizi lap çox sevirəm. Bir gün bizə qonaq gəlin, sizə qəşəng çay verərik.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

- Görürəm çox qonaqpərvər oğlansan. Bir gün mütləq səninlə görüşərik. Maraqlıdır, Bəxtiyarın heyvanlarla arası necədir?

- Heyvanları çox xoşlayıram. Ən çox itləri sevirəm. Onlar sadiq olurlar.

- Bəxtiyar, dedin ki, mən qəhrəman olmaq istəyirəm. Bəs məktəbi bitirəndən sonra hansı universitetdə təhsil almaq istəyərsən?

- Mən, Qarabağ Universitetində oxumaq istəyərəm.

- Sənin kimi İgid elə o universitetə yaraşar. Sənin yaşıdlarına maraqlıdır ki, Bəxtiyar gün ərzində nə iş görür, ən sevdiyi oyunlar hansıdır?

- Mənim ən sevdiyim oyun “Ortada qaldı”dır. Bu oyunu oynayanda həmişə top atan tərəf mən olmaq istəyirəm.

- Lap yaxşı. Biz səni “Qorxmaz Bəxtiyar” kimi tanımışıq. Bəs, sinif yoldaşların necə?

- Hamısı məni qəhrəman kimi tanıyır.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

Bəxtiyar bir qədər duruxsunub, nə isə fikirləşirdi. 10-15 saniyəlik sakitlikdən sonra sükutu pozdu...

- Mənim bir qarpız oyuncağım var. Onu dağıntıların altından çıxartmışıq. Terror vaxtı geyindiyim koftam hələ də durur. O vaxt kofta qulağımdan çıxmadığına görə anam onun boynunu qayçıyla kəsmişdi. Mən həmişə o koftayla, qarpız oyuncağımı saxlayacam. Onlar mənim üçün həmin gündən qalan yadigardır.

Gəncə terrorunun balaca qəhrəmanı: "Böyüyəndə Polad Həşimov kimi olmaq istəyirəm"

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər