top
Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ
17 oktyabr 2024, 13:58
- +

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

 

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən beşinci dəfə raket atəşinə tutulmasından dörd il ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saat 01:00-da atılan raket Aida İmanquliyeva və Samir Xasıyev küçələrində yerləşən əhalinin sıx yaşadığı əraziyə düşüb.

Hadisə zamanı 20 ev dağılıb, xeyli sayda mülki şəxs dağıntının altında qalıb. Nəticədə dinc sakinlərdən 15 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Terror nəticəsində bir neçə ailələrin üzvləri həlak olub. Onlardan biri də Şahnəzərovlar ailəsidir. Erməni terroru nəticəsində Röyal Şahnəzərov, onun həyat yoldaşı Züleyxa Şahnəzərova və qızları, bir yaşlı Mədinə Şahnəzərli şəhid olublar. Bir sözlə, əsl ailə faciəsi yaşanıb. Bu gün Şahnəzərovlardan geriyə sadəcə yeddi yaşlı Xədicə qalıb. O da ana nənə-babasının himayəsində yaşayır.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

Gencexeber.az terror qurbanı olan Röyal Şahnəzərovun anası Təzəgül Şahnəzərli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Təzəgül xanım, öncə oğlunuzla bağlı xatirələrinizdən danışmağınızı istərdim.

-  Oğlum Şahnəzərov Röyal Yusif oğlu 1986-cı il yanvarın 18-də Gəncə şəhərində doğulub. 1992-ci ildə Gəncə şəhər 29 nömrəli tam orta məktəbin birinci sinfinə gedib, 2001-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib.  Daha sonra 3 nömrəli Peşə liseyində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil alaraq, zərgərlik peşəsinə yiyələnib. Zərgər kimi fəaliyyət göstərirdi.

- Oğlunuzun başına gələnlərdən necə xəbər tutdunuz?

- O günlər yadıma düşdükcə dəhşətə gəlirəm. Faciə oldu. Gecə idi. Mən Bakıda qızımgildə idim, yata bilmirdim, özümü narahat hiss edirdim. Mən ayın 16-ı qayıtmalıydım. Qızım getməyə qoymadı. Dedi ki, səhər gedərsən. Oğluma zəng vurdum, zəng çatırdı, lakin cavab vermirdi. Gəlinim ilə də bir neçə saat öncə danışmışdım. Hər şeyin qaydasında olduğunu demişdi.

Daha sonra televizoru açdım, Türkiyənin telekanallarının birində Gəncədə sivil insanların ermənilərin raket hücumuna məruz qaldığını eşitdim. Yenə oğluma zəng vurdum, lakin cavab gəlmədi.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

“Evim yerlə-yeksan olmuşdu”

- Daha sonra qonşuma zəng vurdum. Dedi ki, “evi yıxılmış, haradasan? Dünyamız dağılıb”. Karantin olduğu üçün Bakıdan dərhal gələ bilmədim. Saat 6-da gəlib çıxdım. Gəlib gördüm ki, evim yerlə-yeksan olub. Oğlum, gəlinim və nəvəm də artıq yox idi.

“Oğlumun telefonu salamat qalmışdı”

- Oğlumun telefonu salamat qalmışdı. Hələ də zəng çatırdı. Amma balam sağ deyildi. Hər üçü dağıntılar altında qalmışdılar. Oğlum bağça tərəfdən, gəlinim qonşunun həyətindən tapılmışdı. Mədinəni isə daha tez çıxarmışdılar. Körpəm mələk olmuşdu. Bircə nəvəm Xədicə sağ idi. O da xəstəxanaya yerləşdirilmişdi.

“Kaş oğlum özü şəhid olardı”

- Oğlum Röyal cəbhəyə könüllü yazılmışdı. Gedəcəyi günü gözləyirdi. Deyirdi ki, çağırılan kimi gedəcəyəm. Dedim, sən getsən mən özümü öldürərəm. Dedi ki, sən şəhid analarından artıq deyilsən, dözərsən. Çox vətənpərvər idi. Canını verməyə hazır idi. Kaş balam gedib cəbhədə şəhid olardı. Balaları ilə yoldaşı sağ qalardı.

Gəncə terrorunda üç əzizini itirən ana: “Atılan son raket balalarıma tuş gəldi” – ÖZƏL MÜSAHİBƏ

- Oğlunuz ilə sonuncu dəfə nə zaman danışmışdınız?

- Biz birlikdə yaşayırdıq. Sadəcə mən Bakıya qızımgilə getmişdim. Oğlumla hər gün danışırdım. İlk raket atılanda oğluma dedim ki, evdən çıxaq, bizə də düşəcək. Dedi, sən çıx get. Gəlinimi də atası aparmışdı. Oğlum evdən çıxmadı. Hadisə başlamamışdan üç gün öncə Röyal yoldaşı ilə uşaqlarını evə gətirmişdi.

Hətta telefonla danışanda oğluma qışqırdım ki, gəlini niyə gətirmisən. Gəlinimi və nəvələrimi kaş özümlə Bakıya apara biləydim. Bəlkə də salamat qalacaqdılar.  Dörd ildir ki, balalarımı axtarıram... Hələ də özümə gələ bilmirəm.

-  Nəvəniz Xədicə həmin hadisələrdən nələr danışır?

- Xədicə mənə onların əmanətidir. Ailə faciəsi Xədicəyə çox pis təsir edib. Onu soldurub. İçimizdə hələ də qorxu var. O anları unutmaq çox çətindir. Xədicə ikinci sinfə gedir. Balam böyüyür. Onun xoşbəxt olması üçün əlimdən gələni edirəm. Balamın balası təki xoşbəxt olsun. Ömrün qalan hissəsini Xədicənin xoşbəxtliyi üçün sərf edirəm.

- Torpaqlarımız düşmən tapdağından azad olunanda hansı hissləri keçirdiniz?

- Bir gözüm ağladı, biri güldü. Sevinirdim ki, vətənim azad olundu, müharibə dayandı. Sevinməliydim də. Lakin balalarıma görə kədərlənirdim. Atılan son raket elə balalarıma tuş gəldi.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:00

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 00:00

Tovuz döyüşlərindən 6 il ötür

Bütün xəbərlər
Dünən, 16:25

Gəncədə vəfat edən görkəmli şairin anım günüdür

Bütün xəbərlər
Dünən, 13:48

Gəncədə sabah da 38 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:11

Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar

Bütün xəbərlər
Dünən, 12:18

İcra başçısı köməkçisini işdən çıxardı, yeni vəzifə verdi

Bütün xəbərlər
Dünən, 10:46

Gəncəli şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:37

Maşınlar toqquşdu, biri yeniyetmə olmaqla 3 nəfər yaralandı

Bütün xəbərlər
10 iyul 2026, 18:00

Elektron siqaretlərlə bağlı daha bir qadağa

Bütün xəbərlər
10 iyul 2026, 17:21

Gəncədə 72 ailənin yaşadığı bina çirkab sularına qərq olub

Bütün xəbərlər
10 iyul 2026, 15:28

"Xanımın dükanı" dördyolunda asfalt çəkilir

Bütün xəbərlər
10 iyul 2026, 15:05

Gəncədə sabah 40 dərəcəyə yaxın isti olacaq

Bütün xəbərlər
10 iyul 2026, 14:08

Mopedlərə rüsumlar müəyyənləşir

Bütün xəbərlər
10 iyul 2026, 13:04

Bu məhsullar gömrük rüsumundan azad edilir

Bütün xəbərlər
10 iyul 2026, 10:40

Avropadan qayıdan cüdoçumuz təmtəraqla qarşılandı

Bütün xəbərlər
09 iyul 2026, 16:47

Azərbaycanda Süni İntellekt Akademiyası yaradılır: 500 mühəndis yetişdiriləcək

Bütün xəbərlər
09 iyul 2026, 16:17

Portuqaliyalı futbolçu "Kəpəz"ə qayıtdı

Bütün xəbərlər
09 iyul 2026, 15:46

198 min litr pivəni qeydiyyatsız istehsal etdilər

Bütün xəbərlər
09 iyul 2026, 14:33

Göygöldəki möhtəşəm tədbirin tarixi açıqlandı - GİRİŞ SƏRBƏSTDİR

Bütün xəbərlər
09 iyul 2026, 13:01

Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
09 iyul 2026, 11:58

Ötən gün ağır qəzada ölənlər

Bütün xəbərlər
09 iyul 2026, 11:17

Marketlərdə satılan sellofan paketlər bahalaşdı

Bütün xəbərlər
08 iyul 2026, 18:21

Gəncədə şəhid bulağının ətrafı baxımsız vəziyyətdədir

Bütün xəbərlər
08 iyul 2026, 13:13

"Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Şəhid xanımı

Oxşar xəbərlər