Gəncəbasarda faktiki hava açıqlanıb.
Gencexeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, sözügedən zonada qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.
Gəncə-Qazaxda düşən yağıntının miqdarı 4 mm təşkil edib. Bundan başqa Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Yevlaxda duman müşahidə olunub.