Gəncənin basketbol təmsilçisi heyətini gücləndirib.
Gencexeber.az “Gəncə” BK-yə istinadən məlumat verir ki, klub yeni transfer həyata keçirib. ABŞ-dən olan Corc Deven Peterson komandanın heyətinə qatılıb.
Basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
188 sm boyunda olan Peterson hucumçu mövqeyində oynayır.
Qeyd edək ki, basketbolçu ölkəmizə Vyetnam çempionatından gəlib. 28 yaşlı idmançı Asiya ölkəsində "Hanoy Baffalos" klubunun şərəfini qoruyub.