top
Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib
17 oktyabr 2024, 15:45
- ↺ +

Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib

 

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı, o cümlədən şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin dəstəyi ilə Vətən müharibəsi dövründə Gəncənin növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasının dördüncü ildönümünə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Gencexeber.az-a Gəncə İH-dən bildirilib.

YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, universitet rektorları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və videoçarx nümayiş olunub.

Niyazi Bayramov çıxışında bildirib ki, Vətən müharibəsi dövründə Gəncə şəhəri və burada yaşanan hadisələr daim Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Şəhər rəhbəri qeyd edib ki, dövlət başçısı xalqa müraciətlərində, habelə dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələrdə Ermənistanın hərbi cinayətlərə əl atdığını bildirib, mülki şəxslərin hədəfə alındığını dünya ictimaiyyətinin diqqətinə çatdırıb və bunun döyüş meydanında layiqli cavabının olacağını söyləyib.

Pərvin Kərimzadə və Bayram Aslanov çıxışlarında bildiriblər ki, Gəncə şəhəri 44 günlük Vətən müharibəsində yüksək iradə və dözümlülük nümayiş etdirib. Şəhər sakinləri ölkə başçısı, Ali Baş Komandanın ətrafında sıx birləşərək, düşmən tərəfindən edilən bütün zərbələrə dözümlülük nümayiş etdirib. Ermənistan silahlı qüvvələrinin hücumu zamanı qanlar içində olmasına baxmayaraq, gülümsəyən və Azərbaycan xalqının qorxmazlıq simvoluna çevrilən Bəxtiyar Heydərli isə çıxışında həmin gecə baş verənləri danışaraq, o gecə qorxmadığını və bu hadisəni unutmayacağını deyib.

Konfransın sonunda SN Gəncə Tibb Kolleci PHŞ-nin tələbələri tərəfindən vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Gəncə şəhərini növbəti dəfə raket hücumuna məruz qoyub.

Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib

Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib

 

[caption id="attachment_67642" align="alignnone" width="696"]Gəncənin növbəti dəfə raket atəşinə tutulmasının ildönümünə həsr olunmuş konfrans keçirilib  [/caption]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:51

Gəncədə prokurorluq əməkdaşları üçün nəzərdə tutulan xidməti mənzillər istifadəyə verildi

Bütün xəbərlər
Bu gün, 16:38

84 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb

Bütün xəbərlər
Bu gün, 15:28

Gəncədə iki məktəbin yaxınlığında TƏHLÜKƏ

Bütün xəbərlər
Bu gün, 14:34

Sabah Gəncədə 26 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:29

Gəncədə hər 10 ev təsərrüfatına 7 avtomobil düşür

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə "islanmaq" üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Oxşar xəbərlər