top
Gəncənin basketbolçusu: İlk oyunda qələbə qazanmağımız çox vacib idi
25 oktyabr 2024, 18:00
- ↺ +

"Gəncə"nin basketbolçusu: "İlk oyunda qələbə qazanmağımız çox vacib idi"

 

İlk oyunda qələbə qazanmağımız çox vacib idi. Təbii ki, heç nə mükəmməl deyil və hər matçda nəticə göstərmək üçün daha çox çalışmaq lazımdır.

Report xəbər verir ki, bunu "Gəncə"nin ukraynalı basketbolçusu Vladislav Frolov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Azərbaycan Basketbol Liqasının I turunda "Lənkəran" səfərində qazanılan qələbə barədə danışıb:

"Yoxlama oyunlarımız komandanın çatışmayan cəhətlərini üzə çıxarmaq baxımından əhəmiyyətli oldu. Məşqçilər korpusu işini bu yöndə quraraq qısa müddətdə problemləri minimuma endirməyə çalışıb. “Lənkəran”la görüşdən öncə təhlillər aparıldı, komandanın hazırlığı bunun üzərində qurulmuşdu. Bizim oyun üslubumuz ilk növbədə müdafiəni uğurla təşkil etməkdir. Ona görə də arxa xətdə enerjili və istəklə çıxış etmək vacib idi ki, bunu göstərdik. Hələ qarşılaşmadan əvvəl bütün basketbolçuların mübarizəyə can atdığı, qələbə qazanmaq istədiyi bəlli idi. Bizi görüşə hazırlayan məşqçilər korpusuna təşəkkür edirəm. Fədakarlıqları üçün komanda yoldaşlarıma da minnətdaram”.

Frolov növbəti turda doğma meydanda qarşılaşacaqları "Quba" ilə oyun barədə öz fikirlərini də bölüşüb: “Həqiqətən də evdə, yeni zalda oynamağı səbirsizliklə gözləyirik, azarkeşlərimizə həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hamının bizi arenada dəstəkləməsini arzulayırıq. Azarkeşlərimiz bizim “13-cü oyunçu”muzdurlar.

26 yaşlı mərkəz oyunçusu qarşıdakı matça hazırlığın əla səviyyədə getdiyini söyləyib:

“Artıq mövsümün ilk oyunları baş tutub ki, bu da hazırlığı asanlaşdırır, çünki rəqibin oyununu izləmək və nəticə çıxarmaq olar. Məşqlərimiz həmişəki kimi yüksək tempdə davam edir, indi dincəlmək vaxtı deyil. Səylə hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, "Gəncə" Azərbaycan Basketbol Liqasının I turunda "Lənkəran"ı 90:75 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:19

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə islanmaq üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Oxşar xəbərlər